Ekopublika.az
Nazir iş adamlarını İrana aparır
Avqustun 3-4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olacaq.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar
iyulun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran
İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul
edib. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan
səfərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcək.
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO