Ekopublika.az
Bakıdan sonra daha kimlər Tehrana “iqtisadi desant” çıxarır?
Tehranın nüvə proqramı ilə bağlı Qərblə anlaşmasından
sonra dünyanın bir çox ölkəsi İran bazarı ilə
maraqlanırlar.
Publika.az xəbər verir ki, Rusiyanın “Vedomosti”
nəşri bu günlərdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana səfərini
buna nümunə kimi göstərir.
Nəşr yazır ki, Tehran son həftələr Azərbaycan, Almaniya, İtaliya,
İspaniya, Fransa, Türkmənistan və Avropa və Asiyanın digər
ölkələrinin nümayəndə heyətlərini qarşılayır. Hətta Amerikanın
böyük şirkətləri də İran bazarı iə maraqlanırlar.
“İranda pul var və olacaq. Sanksiyaların ləğvindən sonra təxminən
100 milyard doların donu açılacaq. Həmçinin, kredit almaq və vermək
istəyənlər də bu ölkəyə maraqla yanaşırlar”, - deyə məqalədə
bildirilir.
“Vedomosti” qeyd edir ki, İran bazarı çiçəkləndikcə Rusiya
iqtisadiyyatında geriyə sayım başlayıb.
“Artıq bir çox iri beynəlxalq şirkətlər Rusiyadan çıxırlar. Misal
üçün, “General Motors” Rusiya bazarından getdi. Bəzi şirkətlərin
nümayəndəlikləri bazarı tərk etdi. Güman ki, Rusiyadan çıxan
şirkətlər kapitallarını regiondan aparmayacaqlar. Əksinə eyni
sərmayəni İrana qoyacaqlar”, - deyə nər yazır.
Asif Nərimanlı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ