
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 5,8 faiz artaraq 30,1 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, gəlirlərin 75,6 faizi istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.