Ekopublika.az
İpoteka Fondu istiqrazlarının növbəti yerləşdirilməsini elan edib
Martın 27-dən Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının VIII emissiyasının 5 milyon manat dəyərində III tranşının yerləşdirilməsi başlayır.
İstiqrazlar 100.3667% qiymətlə satışa çıxarılacaq. İstiqrazların
tədavül müddəti 10 ildir.
İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat
Azərbaycan Mərkəzi Bankıdır. Təqdim edilmiş sifarişlər təklifdən
çox olduğu halda sifarişlər proporsional qaydada təmin
ediləcək.
Fondun istiqrazlarını əldə etmək istəyən şəxslər broker fəaliyyəti
aparmaq üçün BFB-nin lisenziyası olan üzv təşkilatlara müraciət edə
bilərlər.
Qeyd edək ki, AİF 2014-cü ilin yanvarında Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsində hər birinin nominal dəyəri 1000 manat olan 40
milyon manat dəyərində təmin edilmiş istiqrazların VIII
emissiyasını qeydiyyata alıb.
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO