İcbari tibbi sığorta: hansı modeli seçəcəyik? - RƏSMİ
Bizi izləyin

Ekopublika.az

İcbari tibbi sığorta: hansı modeli seçəcəyik? - RƏSMİ

2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanılacaq.

Publika.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, icbari tibbi sığorta üzrə pilot layihə rayonlardan birində və yaxud hər hansı peşə işçiləri arasında tətbiq oluna bilər: “Biz hər iki pilot layihənin müsbət və mənfi cəhətlərini qiymətləndirib qərar verəcəyik. Əlbəttə ki, qanunvericilikdə dəyişiklik seçilən modeldən asılı olacaq. İcbari tibbi sığortanın tətbiqi ilkin olaraq dövlət xəstəxanalarından başlayacaq. İcbari tibbi sığorta üzrə vahid qiymət cədvəli olacaq”.

Z.Əliyev deyib ki, gələn ili tibbi sığortanın tətbiqinə hazırlıq mərhələsi adlandırmaq olar. Hazırlıq mərhələsində maliyyələşmənin necə həyata keçiriləcəyi, vəsaitlərin toplanması, əsas xidmət paketinin tərkibi, vahid qiymət cədvəli müəyyən ediləcək. Bununla yanaşı, əhalinin qruplara bölünməsi, iqtisadi fəal olan əhalinin, uşaqların, əlillərin, pensiyaçıların, dövlət və özəl sektorda işləyənlərin sayı məlum olacaq.

Z.Əliyev qeyd edib ki, 2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamları, mərhələləri müəyyən ediləcək: “Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. 2016-cı ilin ilk yarısında seçəcəyimiz modelin əsas məqamlarını, mərhələlərini müəyyən edəcəyik. Daha sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanmasını başa çatdıracağıq. Aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək. İcbari tibbi sığortanın tətbiqi üçün infrastrukturun qurulması olduqca zəruri şərtdir. Çünki infrastruktur olmadan icbari tibbi sığortanın tətbiqini həyata keçirmək olmaz.

Bəlkə də bu müddətdə paytaxt Bakı sığortanın tətbiqinə hazır idi, amma bölgələrimizdə tibb ocaqlarının sayının az olması və maddi-texniki bazanın zəifliyi icbari tibbi sığortanın tətbiqinə imkan vermirdi. Yəni, 10 il öncə biz icbari tibbi sığortanın tətbiqinə hazır deyildik. Bu gün artıq Azərbaycan sosial-iqtisadi inkişafın elə bir mərhələsindədir ki, vətəndaşların sağlamlığının təmin olunması, onların maneəsiz tam tibbi xidmətlər alması üçün icbari tibbi sığorta sisteminin tətbiqinə hazırdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm