Neft bazarı üçün tarixi gün
Bizi izləyin

Ekopublika.az

Neft bazarı üçün tarixi gün

ABŞ xam neft ixracına olan 40 illik qadağanın ləğvindən sonra neftin ilk partiyasını ixrac edib.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “ConocoPhillips” şirkətinə aid neft tankeri Korpus-Kristi (Texas ştatı) limanından İtaliyaya yola düşüb.

Yük “Vitol” İsveçrə-Niderland treyderi üçün nəzərdə tutulub. Agentlik əlavə edir ki, “ConocoPhillips” ən yaxın vaxtlarda “Vitol” üçün daha bir tanker göndərəcək.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama dekabrın 18-də 2016-cı ilin büdcə layihəsini imzalayıb. Büdcəyə əsasən, xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm