Ekopublika.az
Limit ləğv olundu: Banklarda pulu olanlara ŞAD XƏBƏR
Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun yeni
qərarına əsasən, ölkədəki banklarda yerləşdirilmiş bütün
əmanətlərin sığortalanması nəzərdə tutulur.
Bu barədə fondun icraçı direktoru Azad Cavadov bildirib. Onun
sözlərinə görə, bununla bağlı Mərkəzi Banka müraciət olunub.
"Bank sistemində belə bir təcrübə olduğundan bunu Azərbaycanda
da tətbiqi məqsədəuyğun hesab olunur. Fondun təklifi Mərkəzi Bank
tərəfindən müsbət qarşılanıb. Yaxın günlərdə hökumətin bununla
bağlı qərar verəcəyi gözlənilir”, - deyə Azad Cavadov
bildirib.
Qeyd edək ki, Sığorta Fondu fəaliyyətə başlayan gündən indiyə
qədər banklara yerləşdirilən depozitlərə müəyyən olunmuş faizlər
nisbətində sığorta tətbiq olunub. Fond sonuncu dəfə əhalinin
banklarda qorunan əmanətlərin faiz dərəcəsini 9 faizdən 12 faizə
qaldırmışdı. İllik 12 faizdən yuxarı əmanətlər isə
sığortalanmır.
Azad Cavadovun sözlərini görə, yeni qəbul edilmiş qərardan sonra
həmin faizdən yüksək olan əmanətlərin də qorunan əmanətlər qrupuna
aid edilməsi nəzərdə tutulub. Fondun rəhbəri bildirib ki, 2015-ci
ilin 3-cü rübünün yekunlarına əsasən, əhalinin banklardakı 7,3
milyard manat əmanətinin 2 milyardı qorunmayan əmanətlər
idi.
Qorunma sisteminin tam olması üçün bu məsələyə də dəyişiklik ediləcək. Əmanətlərin sığortalanması zamanı faiz və məbləğ məhdudiyyəti aradan qaldırılacaq. Yəni hazırda bir bankda 30 min manatadək əmanətlər sığortalanırsa, dəyişikliklərdən sonra bu rəqəmin sərbəst seçilməsi müəyyən olunacaq. (Baku.ws)
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO