Nazirlik: Pambıqçılıq sahəsində 15 mindən çox yeni iş yeri açılacaq
Bizi izləyin

Ekopublika.az

Nazirlik: Pambıqçılıq sahəsində 15 mindən çox yeni iş yeri açılacaq

Pambıqçılıq sahəsində 15 mindən çox yeni iş yeri açılacaq.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, dövlət başçısının yerli istehsalın gücləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində verdiyi tapşırığa uyğun olaraq, ənənəvi sahələrdən olan pambıqçılığın inkişafı perspektivləri pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə müzakirə edilib.

Bildirilir ki, bu sahəyə marağın daha da artırılması məqsədilə stimullaşdırma tədbirləri həyata keçiriləcək, fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılacaq.

Bundan başqa, pambıq istehsalı və emalı müəssisələri daşıma xərclərini qarşılayacaq və istehsal xərclərinin 90%-i emalçılar tərəfindən avans olaraq veriləcəkdir.

Pambıq istehsalı və emalı müəssisələri satınalma qiymətini 2016-cı ildə əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artırmaqla, pambığın birinci növünün bir tonunu 500 manata, ikinci növünün bir tonunu 470 manata, üçüncü növünün bir tonunu 440 manata, dördüncü növünün bir tonunu isə 400 manata qəbul edəcəklər.

Ümumilikdə, 2016-cı ildə əvvəlki ildəkindən 80% çox - 30 min hektar sahədə pambıq əkilməsi və 70 min ton xam pambıq tədarük edilməsi planlaşdırılır.

Stimullaşdırma tədbirləri, pambıq əkini sahələrinin artırılması bu sahədə 15 mindən çox yeni iş yerinin açılmasına, pambıqçılıq sahəsində çalışanların sayının ötən illə müqayisədə 2 dəfəyə yaxın artmasına imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm