• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

Maliyyə Nazirliyindən rüblük hesabat

Maliyyə Nazirliyindən rüblük hesabat

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 mlrd. 570,6 mln. manat proqnoza qarşı 3 mlrd. 678,1 mln. manat və yaxud 3% çox olub.

Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4% icra edilməklə dövlət büdcəsinə 1 mlrd. 542 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5%-i və yaxud 1 mlrd. 210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9 faiz-bənd çoxdur. 2016-cı ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 114,8% əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% və yaxud 74,9 mln. manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1,66 mlrd. manat vəsait transfert edilib. 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3% və yaxud 2 mlrd. 623,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4%-i və yaxud 1 mlrd. 426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və yaxud 52 mln. manat çoxdur.

Cari ilin birinci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilib.

2016-cı ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin birinci rübündə dövlət büdcəsində 1 mlrd. 54,6 mln. manat büdcə artıqlığı (profisit) yaranıb. Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 4 mlrd. 473,2 mln. manat, icmal büdcənin xərcləri isə 3 mlrd. 348,3 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1 mlrd. 124,9 mln. manat təşkil edib.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>