
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbədənkənar valyuta hərracı keçirir.
Publika.az xəbər verir ki, hərracda AMB tərəfindən kommersiya banklarına valyuta satışı həyata keçirməsi nəzərdə tutulub.
Bu həftə ərzində (aprelin 4-də və 6-da) AMB alışyönümlü iki hərrac keçirib və nəticədə ümumilikdə yalnız 0,4 mln. dollar həcmində valyuta ala bilib.
Qeyd edək ki, AMB-nin müntəzəm valyuta hərracları həftənin tək günləri keçirildiyi halda, tənzimləyici bu gün növbədənkənar hərrac keçirmək qərarına gəlib və bu, bazar iştirakçıları üçün gözlənilməz olub.
İqtisadiyyat şöbəsi