Aydın Əliyev: "Büdcə öhdəliyi üzə proqnoza 115% əməl edilib"
Bizi izləyin

Ekopublika.az

Aydın Əliyev: "Büdcə öhdəliyi üzə proqnoza 115% əməl edilib"

"2016-cı ilin ilk üç ayı ərzində idxalın həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 25%-ə qədər azalmasına baxmayaraq, bu müddət üçün proqnozlaşdırılan 363 milyon 260 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 416 milyon 920 min manat məbləğdə gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".

Bunu bu gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

"Beləliklə, proqnoza 114,77%, yaxud 53 milyon 660 min manat artıqlaması ilə əməl edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 75 milyondan artıq vəsait köçürülüb", - deyə A. Əliyev bildirib.

Xatırladaq ki, "2016-cı il dövlət büdcəsi haqqında" qanununa əsasən DGK üçün ötən illə müqayisədə 20% artımla 1 milyard 810 milyon manat büdcə öhdəliyi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm