Ekopublika.az
İstiqarazlar üzrə hərrac keçirildi
Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102009492 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10 mln. manat və AZ0104010498 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10 mln. manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Publika.az nazirliyə istinadən xəbər verir ki, AZ0102009492 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 26,5 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 93,8967 (gəlirlilik 13,1436%), orta ölçülmüş qiyməti isə 94,3208 (gəlirlilik 12,1753%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 18 oktyabr 2016-cı ildir. Eyni zamanda, AZ0104010498 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 12,1 mln. manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 10 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 87,0100 (gəlirlilik 15,0115%), orta ölçülmüş qiyməti isə 89,8585 (gəlirlilik 11,3482%) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 18 aprel 2017-ci ildir.
İqtisadiyyat şöbəsi
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ