2018-ci ilə qədər FED-in uçot dərəcəsi 3 faiz olacaq
Bizi izləyin

Ekopublika.az

2018-ci ilə qədər FED-in uçot dərəcəsi 3 faiz olacaq

FED-in Filadelfiya üzrə rəhbəri Patrik Harker 2016-ci ildə iki dəfə faiz artımına ehtiyac ola biləcəyini bəyan edib.

Publika.az xəbər verir ki, Harket ABŞ iqtisadiyyatının “Brexit”dən (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) çox ziyan görməyəcəyini, ilin sonuna qədər iki faiz artımına gedəcəyini söyləyib: "İnflyasiyanın gələn il hədəfə yüksələcəyinə inanıram. Bu il iki dəfə faiz artımı məqsədəuyğundur. Faizlər 2018-in sonunda 3%-ə yaxınlaşacaq”.

FED faiz artımına getmək üçün, əmək bazarının yaxşılaşmasını və inflyasiyanın 2 faiz hədəfinə doğru yüksəlməsini gözləyir. Ancaq ABŞ xaricində baş verən hadisələr bazarlardakı volatilliyi artırıb. Eləcə də FED-in əl-qolunu bağlayıb.

“Brexit”in qeyri-müəyyənlik yaratdığına diqqət çəkən Harker bu qərarın çox əhəmiyyətli olmadığına işarə verib. Harker iqtisadi artımın 2016-ci ildə 2 faiz, 2017-2018-ci ildə 2.3 faiz olacağını bəyan edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm