Ekopublika.az
Neftin qiyməti daşınmaz bazara necə təsir edəcək?
“2014-cü ilin yayından neftin qiyməti enməyə başladı. Həmin vaxt artıq aydın olmağa başladı ki, qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşəcək. 2014-cü ilin payızından isə daşınmaz əmlak bazarında qiymətlərin enməsi tendensiyası yarandı”.
Bunu Publika.az-a açıqlamasında Value&Sources şirkətinin rəhbəri, ekspert Rəşad Əliyev neftin qiyməti ilə əmlak qiymətləri arasında korrelyasiyanın qısa təhlilini apararkən bildirib. O deyib ki, səbəb isə çox sadədir: “Neftin qiymətinin düşməsinin makroiqtisadi şəraitə təsiri qaçılmazdır. Həmin vaxt iqtisadiyyatda neftin qiymətinin düşməsi hələ hiss olunmasa da daşınmaz əmlak bazarında artıq qiymətlər tədricən aşağı enməyə başladı, bu isə böyük enmə gözləntiləri ilə bağlı idi. Müəyyən müddət sonra isə əmlak bazarındakı qiymət enməsi artıq şəraitə uyğun baş verirdi.
Devalvasiyalar dollar ifadəsində qiymət enməsini sürətləndirirdi. Ancaq istənilən halda əmlak bazarında bu həcmdə qiymət enmələri onsuzda baş verməli idi. Qrafikdə BRENT markalı neftin qiymətinin düşməsi ilə yanaşı daşınmaz əmlak bazarında dollarla ifadə olunmuş qiymətlərin enmə indeksi (modelləşdirilib) əks olunub”.
İqtisadiyyat şöbəsi
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək