Türkiyədə 300 milyardlıq “QİYAM”
Bizi izləyin

Ekopublika.az

Türkiyədə 300 milyardlıq “QİYAM”

15 iyul Türkiyədə çevrilişə cəhd aktı ölkənin iqtisadiyyatına 300 milyard lirə (157 milyard manat ) ziyan vurub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət və gömrük naziri Bülənt Tüfənkçi açıqlama verib. O qeyd edib ki, iş dünyası əzmkarlıq nümayiş etdirib: "Millətə təşəkkür etmək lazımdır. Çevrilişə cəhd başqa ölkələrdə olsaydı, bazarlar bir həftədən tez açılmazdı. Türkiyədə cümə günü çevrilişə cəhd baş verdi, bazar ertəsi, banklar, birjalar, məhsul bazarları, ticarət mərkəzləri açıldı. Faizlər fövqəladə artmadı. Birja məhdud düşdü. Böyümə nisbətini və ya ixrac rəqəmlərini revize etməyə ehtiyac yoxdur. Millət möhkəm dayandı. Bazar ertəsi günündən etibarən 10 milyard dollar banka yatırdıldı. Bu da dolların normal məzənnədə qalmasına səbəb oldu”.

İlkin hesabalamalara əsasən çevriliş cəhdinin ölkə iqtisadiyyatına 300 milyard lirəyə başa gəldiyini vurğulayan Tüfəngçi deyib ki, döy6üş təyyarələri, vertolyotlar, silahlar, bombalar 300 milyard lirə edir: “Bəlkə az deyirəm, bu rəqəm arta da bilər. Yaxın günlərdə bütün dəymiş ziyan ortaya çıxacaq. Məsələn, xaricindən sifarişlər ləğv olundu. Adamlar Türkiyəyə gələ bilmədi. Çünki çevrilişə cəhd edənlər Türkiyəni üçüncü dünya ölkəsi səviyyəsinə saldılar. Küçələrdə tankların olduğunu, məclisin bombalandığı görəndən sonra kim bura gələr? Bütün bunların xərci yaxın zamanda hesablanacaq”.

Nazir turizm şirkətlərindən anlayış gözlədiklərini deyib: “Onlar da çətin dövr keçirirlər. Amma, bu dövrdə zadəgan duruşu sərgiləyən millətə qarşı onlardan da zadəgan bir duruş sərgiləmələrini gözləyirik. Sektor çətin vəziyyətdədir. Terror hadisələri, Rusiya böhranı, çevrilişə cəhd 1 milyon rezervasiyanı ləğv edib. Amma bundan sonra turizm sektoru da özünə gələcək”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm