ARDNF-in qaz satışından əldə etdiyi gəlir açıqlandı
Bizi izləyin

Ekopublika.az

ARDNF-in qaz satışından əldə etdiyi gəlir açıqlandı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından 2 mlrd. 834 mln. dollar gəlir əldə edib.

Publika.az fonda istinadən xəbər verir ki, göstərilən məbləğin 2 mlrd. 770 mln. dolları “Azəri-Çıraq Günəşli” (AÇG) blokundan hasil edilmiş mənfəət neftinin, 64 mln. dolları “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından daxilolmalar təşkil edib.

Ümumilikdə, 2001-ci ildən 2016-cı il avqustun 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından 119 mlrd. 779 mln. dollar, “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından (2007-ci ildən) 2 mlrd. 506 mln. dollar vəsait daxil olub (cəmi 122 mlrd 285 mln dollar.).

Xəbər verildiyi kimi, 2015-ci ildə ARDNF-in “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından əldə etdiyi gəlirlər 7 mlrd. 223 mln. dollar təşkil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Statoil” (15,5%), SOCAR (16,7%), “Petronas” (15,5),“LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

İqtisadityyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm