Ekopublika.az
FED faizləri artırmayacaq
ABŞ Əmək Nazirliyi iyul ayına olan göstəriciləri açıqlayıb.
Publika.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, ölkədə inflyasiya iyulda aylıq müqayisədə gözlənildiyi kimi dəyişməyib. Nəticədə, 0,2 faiz təşkil edib. İllik müqayisədə isə inflyasiya 8% artıb. Beləliklə, inflyasiya 5 ayda artım qeyd edə bilməyib. İyunda inflyasiya aylıq 0.2% təşkil etmişdi.
Əmək Nazirliyinin hesabatına əsasən, iyulda inflyasiyanın tempi o qədər zəif olub ki, bu avqustda benzinin ucuzlaşmasına gətirib çıxarıb.
İstehlakçı qiymətləri indeksinin aylıq 0.0%, illik 0.9% artması gözlənilirdi. Ərzaq və enerji xaric inflyasiyada aylıq və illik əsasda proqnozlardan aşağı qaılıb. Aylıq müqayisədə baza inflyasiya 0.1% artıb, gözlənti 0.2% idi. Baza inflyasiyası illik müqayisədə isə 2.2% artaraq 2.3%-lik gözləntini qarşılamayıb.
Yeri gəlmişkən, inflyasiya göstəricisi Federal Ehtiyat Sisteminin də hədəfindən aşağı səviyyədə qalır. Bu da sentyabrda FED-in faiz artımına gedəcəyinə dair gözləntiləri azaldır.
ABŞ Mərkəzi Bankının (Fed) məlumatlarına görə, iyulda ölkədə sənaye istehsalı 0.7% artıb. Halbuki gözlənti 0.3% istiqamətində idi. Ölkədə yeni mənzil tikintisi iyulda ən yüksək 2-ci səviyyəyə çıxıb. Bu göstərici mənzil sektorunun iqtisadiyyatın ən güclü sahələrindən biri olaraq qaldığını göstərib.
Bu arada bildirək ki, ABŞ Əmək Nazirliyinin məlumatından sonra dollar bir sıra valyutalara nisbətdə ucuzlaşıb.
İqtisadiyyat şöbəsi
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI
-
Hadisə01:00
Sumqayıtdan daha bir ACI XƏBƏR GƏLDİ