Ekopublika.az
Vergilər Nazirliyi rəsmisi “tax free”nin tətbiqindən danışdı
“Azərbaycanda “tax free” elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçirilir”.
Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov deyib.
O bildirib ki, alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komisiya haqqı tutulur: “Rəqəmlərə baxsaq görərik ki, Vergilər Nazirliyinin tətbiq etdiyi “tax free” sisteminə əsasən, 45 min şəxsə 100 min manatdan artıq ƏDV qaytarılıb. “Tax free” inzibatçılığı üzrə əsas məsul subyekt operatordur və ölkəmizdə operator olaraq Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir, proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz işləməsini, “tax free” mərkəzi informasiya sisteminin yaradılmasını və idarə edilməsini təmin edir”.
İqtisadiyyat şöbəsi
-
Dünya14:04
Putin Əsədlə bağlı qərar verdi: Kreml rəsmən açıqladı
-
Sosial13:06
Pensiya alanların nəzərinə!
-
İdman12:13
"Real"ın əfsanəsi bu qadınla eşq yaşayır? - Xahiş edirəm, ciddi olun - FOTOLAR
-
Magazin111:32
"Vətəndaş A" serialındakı bu səhnəyə görə aktyoru hədələdilər: "Əlini qırarıq" - VİDEO
-
Dünya11:02
Baydenə sərt təpki: Türkiyəyə məhəl qoymamaq axmaqlıqdır
-
MDB10:32
FTX Gürcüstanın sabiq nazirinə işləyən 11 nəfər saxladı: Görün nələr edirmişlər
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı