"Azercell" Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır
Bizi izləyin

Ekopublika.az

"Azercell" Ümumdünya Şahmat Olimpiadasının tərəfdaşıdır

Azərbaycan rabitə bazarının lider mobil operatoru "Azercell Telekom" MMC ölkəmizdə keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasına dəstək verir.

Şirkətdən Publika.az-a verilən məlumata görə, sentyabrın 1-dən Bakıda start götürən Beynəlxalq Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib və ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparmaq üçün Azərbaycana gəlib. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. Ölkəmiz üçün belə bir əhəmiyyətli tədbirdə "Azercell" nümunəvi Müştəri Xidmətləri və Telefon Mərkəzini yaratdığına görə, Şahmat Olimpiadası boyu telefon mərkəzinin təşkilini təmin edir.

Qeyd edək ki, indiyə qədər baş tutan bütün şahmat olimpiadalarında ilk dəfədir ki peşəkar telefon mərkəzi xidməti göstərilir və onun da təşkili Azercell Telekom-a həvalə olunub. Bununla da "Azercell" bu sahədə oz zəngin təcrubəsini və peşəkarlığını ölkəmizdə keçirilən möhtəşəm tədbirin uğurla baş tutmasına yönəldir. Xatırladaq ki, 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradan Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir.

"Azercell" indiyə qədər ölkəmizdə keçirilən bir sıra tədbirlərə və yarışlara müxtəlif cür dəstək verib. Onların arasında Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, I Uşaq Paralimpiya Oyunların və s. Ölkəmizdə futbolun, voleybolun, gimnastikanın və uşaq idmanın inkişafına yönəlik bir çox layihələrə imza atıb.

Hazırda 150-dən çox ölkəni, 3 minədək idmançını və rəsmiləri əhatə edən əsas idman yarışlarından biri olaraq qəbul edilən Ümumdünya Şahmat Olimpiadasına dəstək olmaqdan məmnunluq hissini bildirən "Azercell" Azərbaycan milli komandasına uğurlar arzulayır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm