Ekopublika.az
İkinci yarım ildə qiymət artımı ola bilərmi? - Şərh
Milli Məclisin iqtisadi siyasət Komitəsinin deputat üzvü, iqtisadçı ekspert Vahid Əhmədov fevralın 1-dən ölkədə suyun və işığın qiymətinin qalxması barədə yayılan məlumatları şərh edib.
Deputat V.Əhmədov Publika.Az-a açıqlamasında deyib: “Ola bilsin ki, bu cür məlumatlar insanların reaksiyasını yoxlamaq üçün ortaya atılsın. Ancaq rəsmi məlumatlar da verildi ki, belə şey yoxdur. Bu ilin birinci yarım ilində qiymət artımı gözlənilmir. İkinci yarım ildə isə qiymət artımın olub-olmayacağını indidən dəqiq demək mümkün deyil. Bu baxır neftin qiymətinə. Ancaq onu da bilmək lazımdır ki, yanacağın qiyməti hər sahəyə təsir edir. İndi fikir versək görərik ki, artıq hər şeydə qiymətlərin qalxması hiss olunur. Amma indi komunal sahədə qiymət qalxmasına hələ inanmıram. Nəqliyyatda isə qiymət qalxımı müşahidə olunur. Artıq ötən gün təyyarələrdə qiymətin qalxması ilə bağlı ictimaiyyətə məlumat verildi. Bilirsiniz, yanacaq bütün məhsulların maya dəyəri tərkibində var. Ona görə də ola bilməz ki, biri qalxsın, digəri isə deyil”.
Xatırladaq ki, musavat.com xəbər verib ki, fevralın 1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının axıdılmasına görə yeni tariflər elan olunacaq.Belə ki, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır.
Vasif Həsənli
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək