Alıcı "Tax Free"-ni necə əldə edəcək?
Bizi izləyin

Ekopublika.az

Alıcı "Tax Free"-ni necə əldə edəcək?

Turist aldığı malın əlavə dəyər vergisini almaq üçün minimum 300 manatlıq alış-veriş etməlidir.

“Tax Free turistlərin istehlak məqsədi ilə aldıqları mallara tətbiq edilir”.

Publika.az xəbər verir ki, bunu vergilər nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayeva Bakıda keçirilən "Azərbaycanda elektron Tax Free sistemi"nin tətbiqi ilə bağlı təqdimat mərasimində bildirib.

O qeyd edib ki, turist aldığı malın əlavə dəyər vergisini almaq üçün minimum 300 manatlıq alış-veriş etməlidir. Onun sözlərinə görə, alıcı Tax Free-ni nağd və hesaba köçürülmə ilə əldə edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm