Ekopublika.az
Namiq Həsənov: “Nəqliyyat kartları əslində pulsuz paylanır”
Ictimai nəqliyyatda kartla ödəniş sistemi qısa zamanda tətbiq olunsa da, böyük marağa səbəb olub. Bu sözləri Publika.Az-a açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib.
Onun sözlərinə görə,aparılan araşdırmalar əhali arasında marağın yüksəkdir, lakin məlum səbəblərdən alıcıların sayı azdır:
“Kartaların satıldığı 80-ə yaxın köşkdə araşdırma aparmışıq. İnsanların bu kartlara çox maraq göstərdiyini müşahidə etmişik. Ancaq 2 marştrutda təxminən 80-ə yaxın avtobusda bu sistem tətbiq edildiyindən satış hələ ki azdır. Başqa marşrutlarda tətbiq edilmədiyinə görə, insanlar bu kartları almağa maraq göstərmirlər. Digər marşrutlarda kartla ödəniş sisteminin nə vaxt tətbiq edilməsi ilə bağlı müraciətlərin olur”.
N.Həsənov hələ ki, ödəniş məsələsində hər hansı problemlə bağlı müraciət edilmədiyini bildirdi. Onun sözlərinə görə, avtobus sürücülərinə problem yaşayan sərnişinlərə kömək edilməsi barədə göstəriş verilib:
“Fevralın sonu martın əvvəlində bu kartlarla bağlı daha böyük uğurlardan danışa bilərik. O zaman artıq 36-ya yaxın marşrut, təxminən 600 avtobusda bu sistem istifadəyə verilmiş olacaq. Hazırda min avtobusda naviqator quraşdırılıb, 500 avtobusda da quraşdırılacaq”
N.Həsənov həmçinin kartların metroda istifadəsinin hələ ki, nəzərdə tutulmadığını dedi, lakin gələcəkdə kartın imkanlarının genişləndiriləcəyini vurğuladı.
O, ötən il Nəqliyyatın İntellektual İdarəetmə mərkəzi tərəfindən kartların pulsuz paylanaması ilə bağlı verilən açıqlamaya da münasibət bildirdi:
“Əslində kartların pulsuzdur. Kart üçün ödənilən 2 manat sığorta depozitinin qiyməti, 1 manat isə gedişhaqqıdır. Yəni sabah kartı qaytarsanmız, pulunuz sizə geri ödəniləcək ki, bu da mahiyyətcə pulsuz paylanmaq deməkdir”.
N.Həsənov ödənişin minimal qiymətinin nə üçün manatla olmasına da aydınlıq gətirdi. Onun sözlərinə görə, qəpikl ödəniş çətinlik yaratdığından minimal ödənişin manatla edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ötən həftədən 10 və 95 saylı marşrutlarda kartla ödəniş sistemi tətbiq edilir. Kartın qiyməti 2 manatı sığorta depoziti, 1 manat isə balansa yüklənən gediş haqqı olaraq 3 manatdır. İlkin olaraq 10 və 95 saylı marşrutlarda kart sisteminin tətbiqinə start verilib. 450 minə yaxın kart artıq hazırdır. 1 milyona yaxın kart isə sifariş edilib. Kartlar Bakıda fəaliyyət göstərən 80 müasir köşkdə satılır. Kartları eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar.
Gülxar
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO