Ekopublika.az
Azərbaycanlılar Rusiyanın ən zəngin adamlarının SİYAHISINDA
“Forbes” jurnalı 2016-cı ilin yekunlarına əsasən Rusiyanın ən zəngin şəxslərinin siyahısını açıqlayıb.
Reytinqdə 200 iş adamının adı yer alıb.
Onlardan 5-i Azərbaycan əsillidir. Bunlar Vahid Ələkbərov, Zarax İliyev, Qod Nisanov, Araz Ağalarov və Fərhad Əhmədovdur.
Ötən il 3,3 mlrd. dollar itirən Vahid Ələkbərov 2015-ci illə müqayisədə 3 pillə geriləyərək 9-cu pillədə qərarlaşıb. 2017-ci ilin yanvar ayının 1-ə soydaşımızın sərvəti 8,9 mlrd. dollar dəyərində qiymətləndirilib.
Ard-arda bir neçə il Rusiyanın “daşınmaz əmlak kralları” (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edənlər) reytinqinə başçılıq edən və biznes ortağı olan Zarax İliyev və Qod Nisanov iki pillə geriləyiblər. Əslən Qubanın "Krasnaya Slaboda" kəndindən olan iş adamlarının hər ikisi 1,1 mlrd. dollar itirərək 3,2 mlrd. dollarlıq sərvətlə 26 və 27-ci yerləri bölüşüb.
Ötən ili stabil keçirən Fərhad Əhmədov 6 pillə irəliləyərək reytinqin 51-ci pilləsində qərarlaşıb. Göyçaylı iş adamının 1,4 mlrd. dollarlıq sərvəti var.
2016-cı ildə 700 mln. dollar itirən Araz Ağalarov 9 pillə geriləyərək 1,1 mlrd. dollarlıq sərvətlə 55-ci pillədə qərarlaşıb.
Ümumilikdə reytinqə daxil olan soydaşlarımızın 17,8 mlrd. dollarlıq sərvəti var. (apa)
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO