Ekopublika.az
Gədəbəydə sahibkarlar üçün treninq keçirilib
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların zəruri biliklərin, praktik bacarıqların artırılmasında, beynəlxalq təcrübənin aşılanmasında əhəmiyyətlidir.
Bu istiqamətdə növbəti treninq mayın 30-da Gədəbəydə
keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə,
Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin
təşkilatçılığı, Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
"Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri", "Biznesin
əsasları təşkili və idarə edilməsi", "İqtisadiyyat və Sənaye
Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında
təşkil olunan treninqdə turizm obyektlərində kadrların peşə
hazırlığının artırılması, praktiki əmək vərdişlərinin
formalaşdırılması, turistlərin qarşılanmasının, yerləşdirilməsinin
və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd
turizminin yaradılması, biznesin planlaşdırılması və idarə edilməsi
və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə
çatdırılmışdır.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az
elektron portalları, portalların biznesin səmərəli təşkili və
inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya
layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə
sistemi və s. barədə məlumat verilmişdir.
Tədbirdə qeyd olunan mövzular üzrə fikir mübadiləsi aparılmış,
iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən
hazırlanmış metodiki vəsaitlər paylanmışdır.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...