Azərbaycanda 2,1 faizlik iqtisadi artım olub
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda 2,1 faizlik iqtisadi artım olub

2014-cü ilin birinci yarısında Azərbaycanda 28,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3063,3 manat (3905,2 ABŞ dolları) təşkil edib.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 46,0 faizi sənayedə, 10,7 faizi tikintidə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,8 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizi səviyyəsində olub.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 55,0 faizdən 56,3 faizədək yüksəlib. Müvafiq olaraq ümumi daxili məhsulun 43,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb və əvvəlki ilə nisbətən 3,9 faiz azalıb.

Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində əlavə dəyər 14,8 faiz, informasiya və rabitə xidmətlərində 12,6 faiz, tikintidə 9,6 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 8,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 5,8 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,1 faiz, sosial və digər xidmət sahələrində isə 4,3 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm