Ekopublika.az
Ermənistanın ÜDM-in 56 faizi həcmində borcu var
“Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir”.
Bunu Publika.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov
bildirib. O deyib ki, 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5
faiz olduğu halda xarici borc 5 faizdən çox artıb: “Bu ölkənin
xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən
dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib
çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir
uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir”.
V.Bayramov deyib ki, Ermənistan digər ciddi problemlərdən biri
yoxsulluq həddidir: “Mərkəzi Bankının hesablamalarına görə,
təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi
statistikada ölkə əhalisinin 23.4 faizi yoxsulluq həddində yaşadığı
öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən
bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə
Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını
göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının
qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan
insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan
əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər
verir”.
Ermənistanda rəsmi işsizlik səviyyəsinin 15.9 faiz olduğunu
bildirən V.Bayramov qeyd edib ki, beynəlxalq hesabatlarda bu rəqəm
36 faizə yaxın göstərirlir: “Həm rəsmi, həm də beynəlxalq
hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən
olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda
ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə
düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər
verir.Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də
yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır,
yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə,
rəsmi Yerevan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr
hesabına uzatmağa çalışır”.
İqtisadiyyat şöbəsi
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ