İqtisadi gündəm
Neftimizin qiyməti qalxdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,72 % artaraq 77 ABŞ dolları təşkil edib.
Bu barədə Publika.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 74,64 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
-
Region23:12Güclü zəlzələ Kahramanmaraşı yenə silkələdi
-
Magazin123:00"10 il zülm çəkdim" - Mirkamil səhhətindən danışdı
-
İdman22:00DÇ-2026: Fransa və İspaniya millilərinin heyətləri açıqlandı
-
Nida Xəbər 21:20Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
-
Hadisə21:12Dayı bacısı qızının evindən qızıl oğurladı
-
Avropa21:00Təyyarə ilə səmada "sıxılıram" yazdı - FOTO
-
Avropa20:1222 yaşlı Rəşad müharibədə həlak oldu
-
Region20:00İran adalarında partlayışlar baş verdi






































