Üzürü günahından betər - BAKCELL
Bizi izləyin

Ekopublika.az

Üzürü günahından betər - BAKCELL

Məlum olduğu kimi, “Bakcell” ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar öz abunəçilərinə 10 dəqiqəlik bonus hədiyyə edəcək.

Publika.az xəbər verir ki, “Bakcell”in CIN, Klass L, Klass XL, Klass XXL, Klass 5* and Klass 5*+ abunəçiləri avqust ayının 10-na kimi alternativ ödəmə metodlarından istifadə edərkən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) şəbəkədaxili zənglər üçün etibarlılıq tarixi 3 gün olan əlavə 10 dəqiqə qazanacaqlar. Ödəmənin minimum məbləği 3 AZN-dir. İnternet, eyni zamanda, E-manat, Milli Ön və s. vasitəsilə 3 AZN-dən başlayan hər bir ödəniş üçün 10 dəqiqə bonus veriləcək.

Xatırladaq ki, artıq bir müddətdir şəhərin iri super-marketlərində, mağazalarında “Bakcell”in kontur kartlarının satışı dayandırılıb.Yalnız “MilliÖn”, “AzeriCard” ödəniş sistemlərində konturların yüklənməsi mümkündür. Bunun üçün nəzərdə tutulan aparatların sayının elə də çox olmaması istifadəçilərin məcbur olub “Bakcell” in “cin kredit” xidmətinə üz tutmasına gətirib çıxarıb. Yeni tarif isə elə də ucuz deyil. 1 manatlıq "cin kredit"in odəmə faizi 1.20 AZN-dir. 2 manatlıq "cin kredit" götürəndə bu rəqəm 2,4 manat təşkil edir. Nəzərə alsaq ki, mobil operatorun 3 milyon nəfərə yaxın abunəçisi var, onların yarısından belə “cin kredit”ə görə 20 qəpik faiz tutulması kobud hesablamalarla mobil operatora milyonlarla manat gəlir gətirir.

O ki qaldı “Bakcell”in son 10 dəqiqəlik bonus “hədiyyəsinə”, əslində, ilk baxışdan bu, şirnikləndirici görünə bilər. Lakin mobil operatorun açıqlamasını diqqətlə oxuduqda məlum olur ki, bonus hədiyyəsinin minimum kontur məbləği 3 manatdır. Yəni 1-2 manat kontur kartı yükləyənlər bonus almayacaqlar.

Bundan əlavə, şirkət hər ayın əvvəli 2 manatlıq kontur kartı yükləyənlərə 20 dəqiqə bonus hədiyyəsini ləğv edib. Digər tərəfdən, “Bakcell”in pul köçürmə əməliyyatı da ucuz deyil. Balansınız hesabına digər CIN abunəçisinin balansını artırdığınız zaman beşinci kontur göndərişdən sonra xidmət haqqı pullu olur. Konkret növbəti göndərişlərin qiyməti 3-5 qəpik təşkil edir.

“Bakcell”in internet xidmətləri də faciədir. Məsələn, güzəştli internet paketi altında mobil operator aşağıdakı paketləri təqdim edir

40 mb - 1 azn (1 ay)

120 mb - 2 azn (1 ay)

360 mb - 3 azn (1 ay)

600 mb - 4 azn (1 ay)

Limitsiz 1 - 7 azn (30 gün - 1 gb)

Limitsiz 2 - 9 azn (30 gün - 2 gb)

Limitsiz 3 - 15 azn (30 gün - 5 gb)

Limitsiz 2 - 22 azn (30 gün - 10 gb)

Başlayaq 40 mb internet paketindən. “Bakcell”in 40 mb internet paketini aktivləşdirən hər hası abunəçinin 1 ay bu limitdən istifadə etməsinə rast gəlmisiniz? Sorğu keçirsək görərik ki, yox. 360 mb paketin limiti 10 gündür. Məslənin başqa tərəfi isə bu mobil operatorda internet trafikinin sürətinin həddən artıq zəif olmasıdır. Yəni “Bakcell” həm bahal tarif paketi satır, həm də aşağı xidmət göstərir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm