Ekopublika.az
Manatın dövriyyəyə buraxılmasından 22 il keçdi
Bu gün Azərbaycanın müstəqillik atributlarından olan
manatın dövriyyəyə buraxılmasının ildönümüdür. 22 il əvvəl tədavülə
buraxılan manat indi dünyanın həm ən qiymətli, həm də dayanıqlı
valyutalarından hesab edilir.
ANS TV-nin məlumatına görə, 1992-ci il avqustun 15-də, ilk dəfə 1,
10 və 250 manatlıq, noyabrında isə 5, 10, 20 və 50 qəpikliklər,
dekabr ayında 5 manatlıq əskinas dövriyəyə buraxıldı. Lakin çox
keçmədi ki, manatın məzənnəsi zəifləməyə başladı. Müxtəlif zaman
kəsiklərində nəinki dünyada, hətta qonşu ölkələrdə baş verən
iqtisadi proseslərin təsirilə milli valyutamız 315 dəfə dəyərini
itirdi. Bu, tendensiya 2004-cü ilin sonuna qədər davam etdi.
2005-ci ildə manat ABŞ dollarla müqayisədə, hətta 200 manatdan çox
bahalaşdı.
2006-cı idə Milli Bankın həyata keçirdiyi denominasiya isə
Azərbaycan manatının tarixində dönüş nöqtəsi oldu. Yeni pulların
biri 5 min nisbətilə buraxıldı. İndi manat regionun ən qiymətli
valyutası sayılır.
Hökumət məzənnə siyasətinə ciddi nəzarət edir və yaxın gələcəkdə
nağd ödənişlərin azaldılması, bank kartları vasitəsilə alqı-satqı
proseslərinin stimulaşdırlıması, kağız pullara ehtiyacı da xeyli
dərəcədə azaldacaq. Mərkəzi Bank yaxın gələcəkdə dəmir manatlıqlar
da buraxmaq niyyətindədir.
Amma bu kağız pullar erasının sonu olmayacaq. Necə deyərlər, pulun
“əl çirki” olduğu deyilsə də bizim ona hər zaman ehtiyacımız
olacaq.
-
Magazin203:43
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO