Ekopublika.az
Banklarda qorunmayan əmanətlərin həcmi artıb - Özəl
Bu ilin II rübündə fiziki şəxslərin cəmi əmanətləri (6 335 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 66%-ni təşkil edib. Müqayisə üçün bildirək ki, ilin birinci rübündə fiziki şəxslərin cəmi əmanətləri 67%-ə bərabər idi.
Publika.az Əmanətlərin Sığortalanması fonduna istinadən bildirir ki, II rübdə fiziki şəxslərin cəmi əmanətlərinin (6,3 mlrd. manat) 45,2%-ni (2,87 mlrd. manat) qorunmayan əmanətlər, 54,8%-ni (3,47 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Rəqəmlərin təhlili göstərir ki, birinci rüblə müqayisədə qorunmayan əmanətlərin həcmi artıb. Belə ki, birinci rübdə əmanətlərin 41,3%-ni (2,51 mlrd. manat) qorunmayan, 58,7%-ni (3,57 mlrd. manat) isə qorunan əmanətlər təşkil edib. Kompensasiya olunan əmanətlər 1 931 mln. manat olub. Bu da qorunan əmanətlərin 55,0%-ni təşkil edir. Qorunan əmanətlərin 62%-i manatın, 34%-i ABŞ dollarının və 4%-i Avronun payına düşür.
Üzv banklar tərəfindən 6 073 126 əmanətçiyə xidmət göstərilir ki, onların da 5 504 255 nəfəri (91%) qorunan əmanətçidir.Hazırda Fondun sığorta ehtiyatları 84,3 mln. manatdır.
İqtisadiyyat şöbəsi
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ