Ekopublika.az
Ölkədə hər 1000 nəfər kisiyə 1011 nəfər qadın düşür – Özəl
Ölkə əhalisinin sayı ilin əvvəlindən 51,8 min nəfər və ya 0,5 faiz artaraq 2014-cü ilin iyul ayının 1-i vəziyyətinə 9528,9 min nəfərə çatıb.
Publika.az Dövlət Statistika Komitəsinin sayğaclarına istinadən bildirir ki, təbii artım ötən illə müqayisədə -2,8 faiz azalıb. Doğulanların sayında azalma -2,6 faiz olub.
Bir kvadrat kilometrə əhalinin sıxlığı 110 nəfər olub. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləri, 49,7 faizi kişilər, 50,3 faizi qadınlar, 22,4 faizi 0-14 yaşda, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür.
Onu da bildirək ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulub. Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edib. Doğulan körpələrin 1396-sı əkiz, 30-u isə üçəm doğulub.
İqtisadiyyat şöbəsi
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?