Ekopublika.az
Ölkədə bitkiçilik istehsalı aşağı düşdü
Ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Avqustun 1-i vəziyyətinə 948,5 min hektar dənli bitki sahəsi biçilib, döyülüb. İlkin çəkidə 2162,6 min ton (keçən il 2705,0 min ton) taxıl mədaxil edilib.
Publika.Az xəbər verir ki, avqustun 1-i vəziyyətinə 948,5 min hektar dənli bitkilərin (qarğıdalıdan başqa) sahəsi biçilib döyülüb. Həmin sahələrdən 2162,6 min ton (kecən il 2705,0 min ton) taxıl mədaxil edilib. Hər hektardan orta hesabla 22,8 sentner məhsul götürülüb. Qarğıdalı daxil olmaqla taxıl istehsalının ümumi həcmi 2176,3 min ton olub. Cari il iyunun 1-i vəziyyətinə əkin sahələrinin qəti uçotu keçirilib. Uçot məlumatlarına görə 2014-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahələri 2013-cü illə müqayisədə azalıb.
Onu da qeyd edək ki, 2014-cü ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2990,0 milyon manat olub. Keçən ilin eyni dövrü ilə müqayisədə onun sabit qiymətlərlə dəyəri 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 10,8 faiz azalıb. Heyvandarlıq məhsulları üzrə isə 3,0 faiz artıb.
İqtisadiyyat şöbəsi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...