Ekopublika.az
Nazirlikdən lotereya XƏBƏRDARLIĞI
“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlara əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, “Lotereyalar haqqında” qanunun tələblərinə görə, Azərbaycanda lotereyaları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız nazirliyə məxsus “Azərlotereya” ASC təşkil edir. Stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış nazirliyə təqdim olunmalıdır.
İdman mərc oyunlarını isə “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq, “Azərlotereya” və “Caspiantech” QSC (“TOPAZ” ticarət nişanı ilə) həyata keçirir.
Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış, ləğv edilmiş və yaxud keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir.
Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” qanunla tənzimlənir.
Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) “qumar oyunu” hesab edilir. Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkan yaradılması, qumar oyunlarının təşkili, keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur.
Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


