Ekopublika.az
Nazirlik azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərə çağırış etdi
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən və göstərəcək şirkətlər "Yaşıl zona" prinsiplərinə uyğun bunu həyata keçirməlidirlər.
Publika.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Pakistanın Biznes İmkanlarına həsr edilmiş konfransda deyib.
O deyib ki, azad edilmiş ərazilərin təbiətinə görə "Yaşıl zona" adlandırılıb: "Bu ərazilərə dəvət edilən şirkətlər, orda layihələr həyata keçirəcək şirkətlər "yaşıl zona" prinsiplərinə istinad etməlidirlər".
Nazir müavininin sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkədə bizneslə məşğul olmaq istəyən investorlar üçün əlavə imkanlar yaradır: "Biz azad edilmiş ərazilərdə genişmiqyaslı, o cümlədən, iqtisadi və infrastruktur layihələri həyata keçiririk.
Biz xarici investorları, o cümlədən qardaş Pakistanı bərpa işlərinə cəlb etmək üçün əlverişli şərait yaradırıq".
S. Məmmədov, həmçinin qeyd edib ki, Azərbaycanda sənaye zonaları fəaliyyət göstərir: "Sənaye zonaları sahibkarlar üçün güzəştlər təklif edir. Sahibkarların yerli və ya xarici olması fərq etmir, güzəştlərdən hər birisi yararlana bilər. Bu da ölkənin iqtisadiyyatına investisiya yatırmaq üçün bir imkandır. Pakistan şirkətləri də burda fəaliyyət göstərə bilərlər".
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi

































.jpg)

.jpg)