Ekopublika.az
PAŞA Holdinq ABŞ-a “İnnovasiyalar səfəri” təşkil etdi - FOTO
Daim yenilikçi yanaşması və ölkədə innovasiya ekosisteminə göstərdiyi dəstək ilə fərqlənən PAŞA Holdinq bu istiqamətdə növbəti təşəbbüs həyata keçirib. Belə ki, innovasiya proqramı çərçivəsində PAŞA Holdinq-in innovasiya komandası və Kapital Bank-ın daxil olduğu PAŞA Qrup şirkətlərinin nümayəndələri ABŞ-nin Kaliforniya ştatına səfər ediblər.
Səfərin məqsədi müxtəlif sahələrdə müasir trendləri kəşf etmək və dünyaca məşhur startapların təsisçiləri ilə fikir mübadiləsi aparmaq üçün seminarlarda iştirak etmək, startapçılar, universitetlər, vençur kapitalı fondları, akseleratorlar və digər təşkilatlarla tanış olmaq idi. Səfər zamanı iştirakçılar Silikon Vadisinin nüfuzlu startapları və maliyyə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, “Plug&Play” şirkətinin İnnovasiya Sammiti tədbirində iştirak edib və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparıblar. Həmin sammitdə hazırda “Twitter”in idarə heyətinin üzvü olan iş adamı Omid Kordestani də iştirak edirdi.
Qeyd edək ki, 2021-ci ilin sonunda PAŞA Holdinq-in innovasiya komandası eyni məqsədlə İsrailə də səfər etmişdi.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)

























