Ekopublika.az
Rusiyada son proqnozlar Azərbaycana necə təsir edəcək – Açıqlama
Xəbər verdiyimiz kimi, növbəti ildə Rusiyada inflyasiya proqnozlaşdırılandan yüksək olaraq, 7 faiz təşkil edəcək.
Ölkənin baş naziri Dmitri Medvedev də bu il siyasi və iqtisadi şərtlərin xeyli dəyişdiyini söyləyib.
Dünya Bankı da Rusiya iqtisadiyyatı ilə bağlı proqnozlarını mənfiyə doğru çəkib.
DB konkret geosiyasi risklərin qalacağı halda, Rusiya Federasiyasını uzun tənəzzül gözlədiyini açıqlayıb. Bank ölkənin ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu 0,5 faizə endirib. DB bəyan edib ki, 2015-2016-cı illərdə Rusiya iqtisadiyyatında artımın sürəti zəif olacaq. Bu rəqəm 0,3-0,4 faiz təşkil edəcək. Bu da İqtisadi İnkişaf Nazirliyinin proqnozundan - 1,2% və müvafiq olaraq 2,3% -dən aşağı rəqəmdir.
Rusiyanın Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biri
olduğunu nəzərə alsaq, baş verən proseslərin Azərbaycana təsirləri
qaçılmaz sayılır.
İqtisadçı-ekspert Samir Əliyev Publika.az-a
açıqlamasında bildirdi ki, Rusiyada inflyasiya təzyiqi getdikcə
artır: "İqtisadi İnkişaf Nazirliyi 2014-cü il üzrə orta illik
inflyasiya səviyyəsini 6,5%-dən 7,4%-ə qaldırmağa məcbur olub.
Dünya Bankı hətta 8% həddində proqnozlaşdırıb. Rublun ABŞ dollarına
məzənnəsi təkcə 2014-cü ildə 18%-ə qədər ucuzlaşaraq 32,6 rubldan
38,3 rubla düşüb. Proses belə davam edərsə, vəziyyət daha da
pisləşəcək”.
Onun sözlərinə görə, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, Azərbaycana da neqativ təsir göstərir. Xüsusən də son günlər rus məmurlarının ölkəyə axını bizim üçün yaxşı heç nə vəd etmir: “İndiki vəziyyətdə tələsmədən addım atmaq lazımdır. Hazırki məqam Rusiyaya investisiya yatırmaq üçün əlverişsiz zamandır, çünki risklər çoxdur. Buna görə də indiki mərhələdə Neft Fondunun vəsaitlərinin Rusiyaya yönəlməsinə imkan vermək olmaz".
İqtisadiyyat şöbəsi
-
Səhiyyə21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!