Ekopublika.az
Təmir-tikintiyə 9 milyard manat xərclənməsi planlaşdırılır
2015-ci ilin büdcəsində əsaslı xərclər üçün 9366 milyon manat vəsait nəzərdə tutulub. Bu xərclərin də dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 44,4 faiz deməkdir.
Publika.az Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu istiqamətdə xərcləmələr 2014-cü illə müqayisədə 11,5 faiz çoxdur. Əsaslı xərcləmələrdən Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək üçün “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün 928,0 milyon manat müəyyən edilib. Növbəti ildə ali təhsil müəssisələrinin təmirinə 27 815,1 min manat, ümumtəhsil müəssisələrinin tikintisinə 155 878,5 min manat, kənd təsərrüfatına 63 220,7 min manat, nəqliyyata 2 240 405,2 min manat ayrılması nəzərdə tutulub. Əsaslı xərcləmələrdən bəzi istiqamətlər üzrə xərclər həm də xaricdən alınan kreditlər hesabına maliyyələşəcək. Həmin istiqamətlərə nəqliyyat, infrastruktur layihələri, energetika və sənaye, kənd təsərrüfatı, sosial yönümlü layihələr, ekologiya, kommunal infrastruktur daxildir.
İqtisadiyyat şöbəsi
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?