Ekopublika.az
Asiya İnkişaf Bankı Azərbaycana 750 milyon dollar vəsait ayıracaq
Asiya İnkişaf Bankı (AİB) 2014-2018-ci illərdə Azərbaycana 750 milyon ABŞ dolları həcmində vəsait ayırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə AİB-in prezidenti Takehiko Nakao bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına təkan verməkdə maraqlıdır. Bu strategiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun hazırlanıb.
"Azərbaycan hökuməti qarşıya qoyulan hədəflərə nail olmaq üçün özəl sektorun potensialından istifadə edə bilər”, AİB prezidenti deyib.
O qeyd edib ki, Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində nəqliyyat, enerji, şəhər xidmətləri, kiçik və orta biznes və dövlət-özəl sektorlar arasında tərəfdaşlığın inkişafına dəstək veriləcək. Bu sektorların inkişafı yeni iqtisadi imkanlar yaradacaq, şəhərlə kənd arasında fərqi azaldacaq. Yeni strategiya, həmçinin regional əməkdaşlıq, idarəetmə, ekoloji sabitlik, iqlim dəyişikliyi və layihələrin daha səmərəli icrasına böyük önəm verir.
Həyata keçirilən layihələr arasında nəqliyyat sektorunun da önəmli yer tutduğunu deyən AİB prezidenti qeyd edib ki, bu sahədə infrastrukturun təkmilləşdirilməsi iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətini artıracaq.
Ümumilikdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana bu günədək kredit və qrant olaraq 1,6 milyard dollardan çox vəsait ayrılıb. Özəl sektora isə dövlət zəmanəti olmadan 150 milyon dollar vəsait qoyulub.
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO