Ekopublika.az
Tikintidə də qiymətlər bahalaşdı
Bu ilin III rübündə tikinti işlərində qiymətlər əvvəlki
rübə nisbətən 0,5 faiz bahalaşıb. Rüb ərzində yerüstü tikililər
bölməsində 0,4 faiz, yol və körpü tikintisində isə 0,8 faiz
bahalaşma müşahidə edilib.
Publika.az xəbər verir ki, cari ilin III rübündə yerüstü
tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,3 faiz,
sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1 faiz
bahalaşıb. İstehsal təyinatlı obyektlərin tikintisi üzrə isə
qiymətlər 0,7 faiz ucuzlaşıb.
Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi
üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin
tikintisi üzrə qiymətlər isə 0,2 faiz bahalaşıb. Sosial təyinatlı
binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,2
faiz bahalaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən
sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb.
Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb. Körpü
tikintisi üzrə qiymətlər isə 0,2 faiz ucuzlaşıb.
İqtisadiyyat şöbəsi
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək