Ekopublika.az
Q.Həsənquliyev: “Neft Fondundan hər il büdcəyə vəsait transfert edilməlidir”
“Neft Fondundan hər il büdcəyə vəsait transfert edilməlidir. Bu vəsait sosial layihələrin maliyyələşdirilməsinə yönəldilməlidir”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev bildirib. O deyib ki, qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsait artırılmalıdır: “Azərbaycan iqtisadiyyatı inkişaf edir, bu da əhalinin yaşayış səviyyəsinə təsir edir. Ancaq iki kateqoriya var ki, onlara dövlətin qayğısı var. Mən qaçqınları və şəhid ailələrini nəzərdə tuturam. Təəssüf ki, bu il büdcədən 327 milyon manat ayrılıb və belə getsə, biz uzun illər onları mənzillə təmin edə bilməyəcəyik. Əlillərə isə 17 milyon manat ayrılıb. 17 milyon manatla nə qədər şəhid ailəsini, əlili mənzillə təmin etmək olar? Heç olmasa, ildə bu sahəyə 60 milyon manat ayrılmalıdır. Bu halda 5 ilə bu problemi həll etmək olar”.
Q.Həsənquliyev Naxçıvan Muxtar Respublikasına ayrılan investisiya qoyluşunun da artırılmasını təklif edib: “Yollar, məktəblər sovet hakimiyyəti dövründən bu tərəfə təmir edilməyib. Naxçıvana yatırılan investisiyalar ən səmərəli investisiyalardır”.
İqtisadiyyat şöbəsi
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO