Ekopublika.az
Azərbaycanda inflyasiya bu həddə enəcək
İqtisadiyyat Nazirliyi baza ssenaridə orta illik inflyasiyanın 2025-ci ildə 4,6 %, 2028-ci ildə isə 3,8 % olacağını proqnozlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən inflyasiya ilə bağlı baza ssenari beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək hazırlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.
-
Nida Xəbər 22:08
Ələkbərov: Prezident qəti şəkildə buna qarşı çıxdı - VİDEO
-
Dünya21:55
Məşhur istirahət zonasında hotel YANDI
-
Nida Xəbər 21:30
XİN: Azərbaycan və Ermənistan razılıq əldə etdi - FOTO/YENİLƏNDİ
-
İdman21:22
Qurban Qurbanov ittihamlara cavab verdi: Mənə kim sifariş verə bilər ki?
-
Hadisə21:15
Tağı Əhmədov vəfat etdi
-
Digər20:10
Elektrik və internet kəsilə bilər - XƏBƏRDARLIQ
-
Hadisə19:20
Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı
-
MDB19:10
Rusiya heç bir halda buna icazə verməyəcək - Putin