İqtisadi gündəm
Azərbaycanda tikinti materialları bahalaşdı
Havalar soyuyandan bəri təmir-tikinti materialları bazarında durğunluq yaşanır.
Publika.az xəbər verir ki, satıcıların sözlərinə görə, son günlər bazarda alıcı qıtlığı var. Amma alıcı azlığı adətən qiymətlərin ucuzlaşması ilə nəticələnsə də, bu dəfə elə olmayıb.
Sahibkarlar deyirlər ki, tikintidə ən çox istifadə edilən taxtaların qiyməti artıb. vakansiyalar
Sahibkar Vüqar Əzimov bildirir ki, bahalaşan əsasən yaş taxtalardır. Bir kisə sementin qiyməti isə 7 manat 50 qəpikdən 8 manata kimi qalxıb. Xırdavat tikinti materiallarında isə artım demək olar ki, yoxdur. Tollar 12-18 manat, mismarın kiloqramı isə 2-3 manat arasındadır. Armaturların qiymətləri də dəyişməz olaraq qalır.
Həmçinin alçipan qiymətləri də dəyişməyib. Bununla belə, istehsalçıya görə material ucuz və baha ola bilər. Alçipan qiymətləri əsasən 6-11 manat arasındadır.
Ucuzlaşan tikinti materialları içərisində isə dam örtükləri var. Satıcıların sözlərinə görə, ciddi endirim etsələr də, tələbatı artıra bilməyiblər.
Döşəmə materiallarının qiymətlərinə gəlincə isə, satıcılar dedilər ki, laminatlar 10 manat 50 qəpikdən başlayır. Parketlərin 1 kvadratmetri isə 35-120 manat arasında dəyişir.//Xəzər TV
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)














