Ekopublika.az
Azərbaycandan xarici bazarlara xurma ixracı artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74543 ton xurma ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7 faiz, dəyər olaraq 14,7 faiz artıb.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a bildirilib ki, Azərbaycanda istehsal olunan xurma əsasən Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac edilir.
Azərbaycanda xurma bağlarının salınması dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq intensiv xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat əkin subsidiyası veriləcək. Bu dəstək mexanizmi Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında ən azı 2 hektar sahədə salınmış, hər hektarda ən azı 650 sertifikatlı xurma tinglərinin əkildiyi bağlara şamil edilir.
2023-cü ilin yekunlarına görə, Azərbaycanda 13200 hektar xurma bağı mövcuddur. Xurma bağlarının 97,3 faizi ənənəvi, 2,7 faizi isə intensiv bağlardır. Ötən il Azərbaycanda xurma üzrə orta məhsuldarlıq 158 sent/hektar olub.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO