Ekopublika.az
Azərbaycan banklarından kredit götürmək sərfəli olacaq
Gələn il Azərbaycanda kreditlər üzrə faiz dərəcələri azaldılacaq.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev müvafiq tapşırığı ötən gün "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda verib.
Fərmana uyğun olaraq, Azərbaycan Mərkəzi Bankına (AMB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb.
Hazırda Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14,3 faiz təşkil edir. Bankların kredit portfelinin təqribən 3/4-ü biznes kreditlərinin payına düşür, bu kreditlər üzrə faiz dərəcələri orta hesabla 10,8 faizdir. İstehlak kreditləri (portfelin 25 faizi) üzrə faiz dərəcələri 18 faizdir.
AMB-nin uçot dərəcəsi hazırda 3,5 faizə bərabərdir.
Bundan başqa, fərmana müvafiq olaraq, AMB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...