Ekopublika.az
Bakı yaşayış xərclərinə görə dünyada neçənci yeri tutur?
Bu ilin I yarısında Bakı yaşayış xərclərinə görə şəhərlər reytinqində 340-cı yeri tutub.
Publika.az Report-a istinadən xəbər verir ki, bu barədə dünyanın ən böyük məlumat bazalarından biri olan "Numbeo" məlumat yayıb.
Reytinqdə aşağı sırada olmaq şəhərdə yaşayış xərclərinin daha münasib olduğunu göstərir.
Müqayisə üçün, İrəvan 257-ci, İstanbul 258-ci, Moskva 230-cu, Tbilisi isə 316-cı yerdə qərarlaşıb.
Hesabatda qeyd olunur ki, "yaşayış xərcləri indeksi" ərzaq məhsulları, restoran xidmətləri, nəqliyyat və kommunal xərclərin qiymətlərinə əsaslanır. Lakin bu indeks mənzil kirayəsi və ya ipoteka kimi yaşayış xərclərini əhatə etmir.
Bununla belə, 2025-ci ilin ilk yarısında Bakıda mənzil kirayəsi qonşu paytaxtlara nisbətən daha münasib olub.
Belə ki, şəhərin mərkəzində orta aylıq kirayə bir otaqlı mənzil üçün 478 ABŞ dolları, üç otaqlı mənzil üçün isə 964 ABŞ dolları təşkil edib. Müqayisə üçün, İrəvanda bu göstəricilər müvafiq olaraq 748 və 1 256 ABŞ dollarə, Tbilisidə isə 713 və 1 376 ABŞ dolları olub.
-
ABŞ07:47Trampdan KRİTİK AÇIQLAMA - “Ölkələrinə kimin rəhbərlik etdiyini belə bilmirlər”
-
İKT07:30Smartfonu kilidləməyin ən etibarlı yolu
-
İdman06:46Tarixə düşən qələbə - Hələ beləsi olmamışdı
-
Magazin206:16"Eşref Rüya"da növbəti ayrılıq - FOTO
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?






.jpg)
.jpg)




























