İqtisadi gündəm
Azərbaycanda bu MMC 111,9 milyon dollarlıq məhsul ixrac etdi
Bu ilin yanvar-iyul aylarında "Azəralüminium" MMC 111,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Publika.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.
Məlumata görə, bu, 2025-ci il ilin ilk 7 ayı ilə müqayisədə 35,2 milyon ABŞ dolları və yaxud 45,9 % çoxdur.
7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, "Azəralüminium" əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat (alüminium vərəq-lövhə, zolaq hər iki üzü boyanmış vərəq və lövhə, billet, külcə və rulon şəklində) məhsullarının istehsalı sahəsi üzrə aparıcı şirkətdir. Onun Gəncə Alüminium Kompleksinin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu), 2 köməkçi sahə (110 kilovoltluq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) və sosial obyektlər daxildir.
Kompleksdə avtomatlaşdırılmış, müasir texnologiyalara əsaslanan, ildə 54 min ton ilkin alüminium istehsal gücündə zavodlar fəaliyyət göstərir. Kompleksdə istehsal olunan maye şəkilli ilkin alüminiumdan istifadə edərək, dünya standartlarına cavab verən Metaltökmə və Fasiləsiz Yayma Zavodu, Təzyiqlə Emal və Boyama Zavodu fəaliyyət göstərir. "Azəralüminium"un istehsal etdiyi məhsullar Avropa İttifaqı standartlarının bütün tələblərinə cavab verir.
-
MDB09:30Rusiya vilayətlərinə kütləvi hücum: Ukrayna dronları Ural dağlarına çatdı, itkilər var
-
Ekologiya09:27Yağış yağır - FAKTİKİ HAVA
-
Cənubi Qafqaz08:20Bayramov Mirzoyanla nəqliyyat infrastrukturunun açılmasını müzakirə etdi
-
Avropa07:47Almaniya bu ölkəyə dörd qırıcı təyyarə göndərdi
-
İdman06:46Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
-
Magazin106:16“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - FOTO
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər










.jpg)



.jpg)





.jpg)






.jpg)









