İdman
Arda Güler rekord qırdı
“Real Madrid”in ulduzu Arda Gülər yeni mövsümə olduqca yaxşı başlayıb. Türkiyə millisinin futbolçusu hücum statistikaları ilə ilk iki turda diqqət çəkib və Avropanın beş böyük liqasında rekord göstəriciyə imza atıb.
Publika.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Real Madrid”də çıxış edən Arda Gülər mövsümə inamlı start verib. Milli futbolçu “Espanyol”la səfər oyununda məhsuldar ötürmə ilə yadda qalıb, “Real Sosyedad”a qarşı görüşdə isə yaxşı oyun nümayiş etdirib.
İspaniyanın “Defensa Central” nəşrinin məlumatına görə, Arda Avropanın beş böyük liqasında ilk iki tur ərzində ən çox qol vəziyyəti yaradan futbolçu olub. Türkiyəli yarımmüdafiəçi ümumilikdə 12 qol vəziyyəti yaradaraq əla formada olduğunu göstərib.
Nəşr Ardanın əsas üstünlüklərindən birinin mövqe dəyişkənliyi olduğunu vurğulayıb.
“Ardanın üstünlük verdiyi hücumameyilli yarımmüdafiəçi mövqeyindən xeyli uzaqda olsa da, o, şübhəsiz ki, əsas heyətdə yer alıb. Türkiyəli futbolçu sağ cinahı ələ keçirib”, deyə materialda qeyd olunub.
Bununla belə, “Real Madrid” tarixinin ən bahalı transferi olan Yan Diomandenin zaman keçdikcə həmin mövqeni tutacağı ehtimal edilir.
Bu səbəbdən Arda Gülər mövsümöncəsi hazırlıq oyunlarında komandanın ən diqqətçəkən futbolçularından biri olduqdan və yeni mövsümdə yüksəlişini davam etdirdikdən sonra paradoksal olaraq oyun praktikasında və rolunda geriləmə ilə üzləşə bilər.
Hazırkı göstəricilər isə Ardanın mövsümün ilk iki turunda Avropanın ən məhsuldar qol vəziyyəti yaradan futbolçusu olduğunu göstərir.
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO















.jpg)
















.png)




