Ekopublika.az
Şirniyyatçılıqdan əmlak krallığına, 4 oğul arasında bölünməyən 4 milyard, falçı qadının kəsdiyi hökm
O, Türkiyənin daşınmaz əmlak kralı sayılır. Şirniyyat satmaqla başlayan iş həyatı getdikcə onu dollar milyarderinə çevirib. 15 yaşında xalasının qızı ilə evlənsə də, illər sonra özündən 19 yaş kiçik yunanqızına vurulub. Gizli başlayan görüşlərin nəticəsində üç övladından imtina edib və bütün varidatını sevgilisinə buraxıb. Söhbət Türkiyənin ən varlı ailələrindən biri sayılan Tatlıcılar ailəsinin nümayəndəsi Saleh Tatlıcıdan gedir.
Publika.az “Milyonçu” layihəsi çərçivəsində Saleh Tatlıcı həyat hekayəsini təqdim edir.
Yoxsulluqdan milyardlara
Hacı Şehmuz və Hacı Sultanın ilk övladı olan Saleh Tatlıcı 1931-ci ildə Diyarbəkirdə dünyaya gəlib. Həddən artıq yoxsul olan ailə şirniyyat dükanından qazandıqları ilə dolanırmış. Sonradan övladlarının da ona kömək etməsi maddi durumlarını nəinki düzəldib, hətta onlardan hər birini sərvət sahibi edib. Saleh Şirinci orta məktəbi bitirən kimi atasının yanında işə başlayıb. Həddən artıq çalışqan olan S.Tatlıcı çox vaxt səhər yeməyi yemədən belə işə tələsərmiş. Həyatının baharında, yəni 15 yaşında atasının istəyi ilə xalasının qızı - özündən 1 yaş böyük Bedriyə ilə evlənibr. Bu evlilikdən üç uşağı dünyaya gəlib. Yazılanlara inansaq, gələcəyin iş adamının daha bir neçə övladı dünyaya gəlsə də, onlar qan qohumluğu səbəbindən vəfat ediblər. Onun sağ qalan övladları da müəyyən fiziki qüsurlarla doğulub.
Böyüyən biznes
1960-cı ildə ailə öhdəlikləri artan Saleh atasının qanadı altından çıxmağa qərar verib. İşini böyütmək ümidi ilə İstanbula gedib. 1962-ci ildə atası vəfat edib və bu, Salehin həyatında dərin iz buraxıb. Lakin işlərinə davam edib. 1964-cü ildə Karaköydə dükan kirayələyib. "Tatlıcılar Pastanesi" adlandırığı dükanda şirniyyat satışı ilə məşğul olub. Sahilə yaxın ərazidə yerləşən dükan yaxşı qazanc gətirib. Saleh Tatlıcı daşınmaz əmlaka investisiya qoymağa başlayıb. Növbəti mərhələdə “Turyağ” şirkətini satın alıb. Oradan əldə etdiyi qazanca Diyarbəkirdə əraziyə sərmayə qoyaraq otel tikdirib. Süleyman Dəmirəlin də açlışında iştirak etdiyi bu oteli sonradan – 1967-ci ildə Türk Silahlı Qüvvələrinə satıb. 1970-ci ildə dükanında dəzgahdar kimi işləyən Marika adlı, özündən 19 yaş kiçik yunan qızına aşiq olub. İlk əvvəl gizli əyləncə kimi başlayan bu əlaqə getdikcə ciddiləşib.
Münasibətlərin səsi-küyü S.Tatlıcının ailəsinə qədər gedib çıxıb. İş adamının qanuni həyat yoldaşı ilə problemləri başlayıb. Artıq bütün kartların açıldığını görən Tatlıcı gənc sevgilisinə lüks ev alaraq, orada onunla yaşamağa başlayıb. 1977-ci ildə Marika hamilə qalıb. Hamiləliyin son dövrlərində Afinadakı ailəsinin yanına gedərək doğuşu orada reallaşdırıb. Beləliklə, Saleh Tatlıcı dördüncü dəfə ata olub. Və sevgilisindən olan oğluna Uğur adını verib. Uşaq onun oğlu kimi rəsmiləşdirilib. Marika 1981-ci ildə Saleh Tatlıcının dəstəyi ilə məhkəməyə müraciət edərək, adını Mariyaya dəyişdirib. Yeri gəlmişkən, bütün bunlar o zaman baş verib ki, artıq Saleh Tatlıcı sərvətinə sərvət qatmış vəziyyətə gəlib. Yalnız İstanbul, Antalyada deyil, Mayami, Dubay başda olmaqla, davamlı olaraq bir çox yerlərdə daşınmaz əmlak alaraq, qida sektoruna adlayıb. O, hətta “Pilma” şokolad fabrikini də əldə edib.
Miras davaları
Tatlıcının birinci həyat yoldaşından olan üç oğlu ilə narazılıqları 1988-ci ildən başlayıb. Belə ki, iş adamı sevgilisinə Yeniköydə böyük bir villa bağışlayaraq, onu bir neçə daşınmaz əmlakına ortaq edib. Atalarının bu addımından qəzəblənən Əli və Əhməd onunla danışmağa gediblər. Bununla da aulədə qiyamət qopub.
1989-cu ildə Saleh Tatlıcı vəsiyyətini dəyişdirərək, birlikdə yaşadığı Mariya Bahçıvanoğlunu "təyin edilmiş varis" elan edib. O, bununla la da kifayətlənməyib və 1991-ci ildə həyat yoldaşından boşanıb, iki il sonra – 1992-ci ildə sevgilisi ilə evlənib. Mariya bu evliliyin şərəfinə adını Nurdana dəyişib. 1994-cü ildə iş adamı vəsiyyətnaməsində yenidən düzəliş aparıb. Dəyəri təxminən 4 milyard dollar olan varidatını bütünlüklə yeni arvadına bağışlayıb. İlk həyat yoldaşı Bədriyədən olan oğullarını - Əli və Əhmədi isə mirasından məhrum edib. Digər oğulu Məmmədə yalnız “ehtiyat hissədən” (tablolardan) vərasət verilməsini istəyib.
2008-ci ilin sonlarında sağlamlığı ilə bağlı problemlər yaşamağa başlayan Saleh Tatlıcının xərçəngə tutulduğu bəlli olub. 2009-cu ildə müalicə almaq məqsədilə Londona gedib. Amma xəstəlikdən qurtula bilməyib. Bununla da, övladlar arasında varidat davası başlayıb. Varislərdən biri - Məmməd Sarıyer məhkəməyə müraciət edərək ögey anası Nurdan Şirinçi ilə qardaşı Uğura qarşı iddia açıb. Atasından qalan mal varlığının təsbit edilməsini istəyib. Məhkəmə heyəti iddia əsasında ilk olaraq Saleh Tatlıcının Yeniköydəki villasına gedib. Burada 5.5 milyon lirə dəyərində 150-yə yaxın tablo qeydə alınıb. Daha sonra “Pilma pil” fabrikinin binasına gedən məhkəmə heyəti orada da 650 tablo tapıb. Daha çox “modern” dönəmə aid olan bu tablolara təxminən 1 milyon lirə dəyər qoyulub. Eyni iddia daxilində Tatlıcının varidatı qeydiyyata götürülüb. Saleh Tatlıcının ilk evliliyindən olan digər oğlu Əhməd Tatlıcının iddiaları isə daha sərt olub. O, məhkəməyə təqdim etdiyi ərizədə analığını evli kişini yoldan çıxarmaqda ittiham edib. Bildirib ki, ataları ilə onları məhz Nurdan – sabiq Mariya düşmən edib və sərvətlərini ələ keçirib. Bütün məhkəmə çəkişmələrinə baxmayaraq, Nurdan Şirinci və oğlu Uğur Şirinci daşınmaz əmlak kralının yeganə varisləri kimi qalmağı bacarıblar.
Saleh Tatlıcının mirasında nələr olub?
Üzərində dava getdiyi sərvətə nələrin daxil olduğu hər kəsi maraqlandırır. Siyahı heç də kiçik deyil:
- Yeniköydə Saleh Tatlıcı villası
- “Tat Towers”
- Tat Şişli İş Qullələri
- Tat Etiler İş Mərkəzi
- Tat Belek Beach Golf
- Beykoz Konaklarında 11 villa, bir ədəd malikanə ve 6 şirkətin 50 faiz hissəsi
- Kuruçeşmədə köşk
- Bəylərbəyinde köşk
- Bəyoğlunda İş Mərkəzi
- Mayamidə malikanə
- İstanbul, Dubay ve ABŞ-də dəyəri biçilməyən daşınmaz əmlaklar.
İlk həyat yoldaşı mənzildə, ikincisi malikanədə
S.Şirincinin varisləri – ikinci arvadı oğlu ilə birlikdə İstanbulda və Mayamidə lüks bir həyat yaşayırlar. Saleh Şirinçinin ilk həyat yoldaşı Bedriyə isə oğlu Əhməd Şirinçinin aldığı kiçik mənzildə ömür sürür, övladlarının maddi dəstəyiylə dolanır.
Pulu olmayan milyarder
3 milyard dollar dəyərində daşınmaz əmlak və tarixi əsərdən ibarət sərvəti miras buraxan Məmməd Saleh Tatlıcının vəfatından sonra ortaya maraqlı fakt çıxıb. Belə ki, mərhumun hesablarındakı pulun təsbitini istəyən zaman onun bankda nağd şəkildə yalnız 250 min lirəsinin olduğu ortaya çıxıb.
Falçının kəsdiyi hökm
Saleh Tatlıcı ilə bağlı daha bir maraqlı fakt falçının ona “Tat Towers”in tikintisinin bitməsinə yaxın öləcəyini söyləməsidir. Saleh Tatlıcı 1988-ci ildə bu layihənin inşasına başlayıb. Lakin inşaat işləri birdən-birə dayandırılıb. 20 il ərzində də layihə üzrə heç bir iş görülməyib. İş adamının layihəni başa çatdırmamasında maliyyə deyil, başqa amillərin dayandığı iddia olunmağa başlanılıb. Hətta bir falçının ona "qüllələrin inşaası bitdiyi zaman siz də həyatınızı itirəcəksiniz" deyə xəbərdarlıq etməsinə dair dedi-qodulara qədər. Deyilənlərə görə, bu xəbərdarlığı ciddi qəbul edən Tatlıcı inşaatı məqsədli şəkildə yarımçıq qoyub. 2008-ci ilin martında S.Tatlıcı Almaniyanın “Bilfinger Berger Holdinq”i ilə razılaşıb. Bu müqavilədən sonra qüllələrin inşaatı sürətləndirilib. Bundan bir neçə ay sonra S.Şirincinin vəziyyəti pisləşib. Layihə təhvil verildikdən sonra isə o, falçının dediyi kimi həyatını itirib.
Leyla Əliyeva
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial26 Dekabr 17:10
Əli Əsədov daha bir qərar imzaladı