Ekopublika.az
Binalarla bağlı yeni qayda: Mənzillərin qiymətinə necə təsir edəcək?
Çoxmərtəbəli yaşayış binaları bundan sonra yeni qaydalarla tikiləcək. Söhbət hündürlüyü 200 metrdən çox olan binalardan gedir.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı qaydaları təsdiqləyib. Bu normalar hündürlüyü 75 metrə qədər, 75 metrdən 200 metrə qədər və 200 metrdən çox olan binalar üçün nəzərdə tutulub.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hazırda paytaxda istifadə müddəti bitmiş 11 minə yaxın yaşayış binası və 1 500-ə qədər qəzalı bina var. 2040-cı ilə qədər köhnə binaların sökülməsi nəzərdə tutulur. Onların yerində binalar tikilərkən yeni təsdiq edilən qaydalara uyğun tikiləcək.
Bəs bu addım evlərin qiymətinə necə təsir edəcək?
Ekspert hesab edir ki, evlərin qiyməti mərtəbələrinə və görünüşünə görə dəyişə bilər.
Elnur Fərzəliyev onu da əlavə edib ki, belə hündürlükdə binalar gələcəkdə az sayda tikiləcək. Nəticədə həmin binalarda mənzillərin kvadratmetri 7-10 min manat civarında dəyişə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















