Ekopublika.az
"Turbo.az”ın sahibi ölkənin ən varlı şəxsi oldu
"Bloomberg” agentliyinin məlumatına görə, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün – "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti 5,1 milyard dollar təşkil edib.
Publika.az Yeniavaz.com-a istinadla xəbər verir ki, dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes”in hesablamasına görə isə Mixail Lomtadzenin sərvəti 5,8 milyard dollara yüksəlib.
Qeyd olunur ki, hər iki reytinqdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur.
Bildirilib ki, gürcü milyarderlərinin sərvəti yalnız "Bloomberg” terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanı siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mixail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir.
Reytinqdə adı çəkilən digər gürcü milyarderi – hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti "Bloomberg” qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, "Forbes” məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir.
Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.
Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu "DIGITAL CLASSIFIEDS” MMC (VÖEN – 1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu




















.png)













.jpg)
.jpg)